Kolumbiya komandasının futbolçusu Karlos Sançes ölüm hədəsi alıb

Kolumbiya komandasının futbolçusu Karlos Sançes ölüm hədəsi alıb Bakı. 21 iyun. REPORT.AZ/ Kolumbiya milli komandasının futbolçusu Karlos Sançes dünya çempionatında Yaponiyaya 1:2 hesabı ilə uduzduqları ilk tur matçından sonra yüzlərlə ölüm hədəsi alıb.
Futbol
21 İyun , 2018 23:01
Kolumbiya komandasının futbolçusu Karlos Sançes ölüm hədəsi alıb

Bakı. 21 iyun. REPORT.AZ/ Kolumbiya milli komandasının futbolçusu Karlos Sançes dünya çempionatında Yaponiyaya 1:2 hesabı ilə uduzduqları ilk tur matçından sonra yüzlərlə ölüm hədəsi alıb.

"Report"un "The Guardian"a istinadən məlumatına görə, Kolumbiya polisi faktla əlaqədar araşdırmalara başlayıb.

Bildirilir ki, istifadəçilərdən biri "Twitter"də Sançesin fotosunu DÇ-1994-cü ildə avtoqol etdiyi üçün güllələnmiş Andres Eskobarla yanaşı paylaşıb. Fotonun altına bu sözlər yazılıb: "Arzulamağı təklif edirəm". Digər istifadəçi isə buna cavab olaraq, "Eskobarı avtoqola görə öldürmüşdülərsə, Sançesi də öldürüb meyitini islatmaq lazımdır".

Qeyd edək ki, Karlos Sançes Yaponiya ilə qarşılaşmanın 3-cü dəqiqəsində cərimə meydançasında əllə oyuna görə qırmızı vərəqə alıb. Baş hakim həmçinin Kolumbiyanın qapısına penalti təyin edib.

Son xəbərlər

Orphus sistemi