Yuxarı
    Bağlamaq

    Azərbaycan klubları Antalyada yoxlama oyunlarına start verir

    Bakı. 12 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasının klubları Türkiyənin Antalya şəhərində yoxlama oyunlarına start verir.

    "Report" xəbər verir ki, ilk olaraq "Qarabağ" və "Sabah" komandaları yoxlama oyunları keçirəcəklər. Ağdam təmsilçisi bu gün Rumıniyanın "Botoşani", Premyer Liqanın debütantı isə Türkiyənin "Eskişehirspor" kollektivi ilə üz-üzə gələcək.

    Komandaların rəqiblərinin əksəriyyəti bəllidir. Yalnız "Sabah", "Səbail", "Keşlə" və "Zirə"nin bir rəqibi müəyyənləşməyib.

    "Neftçi"

    18 yanvar - "Qaz Metan” (Rumıniya)

    23 yanvar - "Slovan” (Çexiya)

    26 yanvar - "Beroe" (Bolqarıstan)

    "Qarabağ"

    12 yanvar - “Botoşani” (Rumıniya)

    16 yanvar - “Uypeşt" (Macarıstan)

    19 yanvar - “Bohemians” (Çexiya)

    23 yanvar - “Pyast” (Polşa)

    26 yanvar - "Şaxtyor" (Donetsk, Ukrayna)

    "Səbail"

    15 yanvar - “Aqvital” (Macarıstan)

    21 yanvar - “Desna” (Ukrayna)

    24 yanvar - “Kaysar” (Qazaxıstan)

    "Sabah"

    12 yanvar - "Eskişehirspor"

    16 yanvar - "Tobol" (Qazaxıstan)

    19 yanvar - "MTK Budapeşt" (Macarıstan)

    "Sumqayıt"

    15 yanvar - "Jetisu" (Qazaxıstan)

    19 yanvar - "Çelik" (Bosniya və Herseqovina)

    22 yanvar - "Vardar" (Makedoniya)

    26 yanvar - "Zemun" (Serbiya)

    "Keşlə"

    17 yanvar - Özbəkistan U-23

    23 yanvar - “Konkordiya” (Rumıniya)

    25 yanvar - “Çertanovo” (Rusiya)

    "Zirə"

    15 yanvar - "Taraz" (Qazaxıstan)

    18 yanvar - "Konkordiya" (Rumıniya)

    26 yanvar - "Septemvi" (Bolqarıstan) 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi