Klublar Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb

Klublar Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb Toplantı dekabrın 22-də olacaq
Futbol
20 Dekabr , 2014 12:01
Klublar Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Yeni yaradılan Klublar Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb. Bu barədə "Report"a komitə sədri Tuyqun Nadirov məlumat verib. 

Onun sözlərinə görə, iclas dekabrın 22-də Bakıdakı hotellərdən birində saat 15:00-da başlanacaq. T.Nadirov toplantıda müzakirə olunacaq məsələlər barədə indiyədək danışmağı məqsədəuyğun saymayıb. O bildirib ki, gündəlik xeyli məsələ var və iclasdan sonra açıqlamalar veriləcək. 

Qeyd edək ki, Klublar Komitəsinin görüşündən iki saat öncə Tuyqun Nadirovla Məşqçilər Komitəsinin üzvləri də bir araya gələcək. 

Son xəbərlər

Orphus sistemi