​Klublar Komitəsinin iclası keçirilir

​Klublar Komitəsinin iclası keçirilir Bu, Fikrət Hüseynovun rəhbərliyi ilə keçirilən ilk iclasdır
Futbol
26 Yanvar , 2016 12:07
​Klublar Komitəsinin iclası keçirilir

Bakı. 26 yanvar. REPORT.AZ/ Klublar Komitəsinin 2016-cı ildə ilk iclası başlayıb. 

"Report"un məlumatına görə, komitə üzvləri “Boulevard Hotel Baku” hotelində bir araya gəlib.

İclasda AZAL-ın vitse-prezidenti, komitənin sədri Fikrət Hüseynov, "İnter" klubunun prezidenti Rəşad Qasımov, "Zirə"nin prezidenti Vüqar Astanov, "Sumqayıt"ın prezidenti Kamran Quliyev, "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov, "Qəbələ"nin baş meneceri Zaur Əzizov, "Qarabağ"ın baş meneceri Asif Əsgərov, "Kəpəz"in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, "Neftçi"nin icraçı direktoru Elnur Məmmədov, "Rəvan"ın vitse-prezidenti İlqar Axundov, "CBC Sport" kanalının direktoru Vulkan Üst, Peşəkar Futbol Liqasından Zamiq Hüseynov və Məlik Həsənov iştirak edir.

Qeyd edək ki, bu, Fikrət Hüseynovun rəhbərliyi ilə keçirilən ilk iclasdır.

Son xəbərlər

Orphus sistemi