AFFA Klublar Komitəsinə seçkinin vaxtı müəyyənləşib

AFFA Klublar Komitəsinə seçkinin vaxtı müəyyənləşib İclas dekabrın 23-də olacaq
Futbol
21 Dekabr , 2016 16:00
AFFA Klublar Komitəsinə seçkinin vaxtı müəyyənləşib

Bakı. 21 dekabr. REPORT.AZ/ AFFA Klublar Komitəsinin 2016-cı ildə sonuncu iclasının vaxtı və yeri müəyyənləşib. 

Bu barədə "Report"a komitə sədri Fikrət Hüseynov məlumat verib.

Onun sözlərinə görə, ilin son görüşü dekabrın 23-də "Boulevard Hotel"də keçiriləcək. F.Hüseynov bildirib ki, ilin son iclasında Klublar Komitəsinin sədri vəzifəsinə seçki keçiriləcək və beləliklə, komitəyə 2017-ci ildə rəhbərlik edəcək şəxs müəyyənləşəcək.

Tədbir saat 10:30-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi