Klublar Komitəsi Azərbaycan Premyer Liqasının bərpasını müzakirə edəcək

Klublar Komitəsi Azərbaycan Premyer Liqasının bərpasını müzakirə edəcək Mayın 31-də AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
Futbol
29 May , 2020 18:51
Klublar Komitəsi Azərbaycan Premyer Liqasının bərpasını müzakirə edəcək

Mayın 31-də AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək. 

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, saat 12.00-da başlayacaq iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək. 

Toplantıda Premyer Liqa klublarının məşqlərinin və oyunlarının mümkün bərpası müzakirə olunacaq.

Qeyd edək ki, iyunun 1-dən etibarən açıq havada idman yarışlarının təşkilinə icazə verilib. 

Son xəbərlər

Orphus sistemi