"Kardiff Siti" təyyarə qəzasında ölən futbolçuya görə transfer qadağası ilə üzləşə bilər

"Kardiff Siti" təyyarə qəzasında ölən futbolçuya görə transfer qadağası ilə üzləşə bilər İngiltərənin səviyyəcə ikinci liqası Çempionşipdə çıxış edən Kardiff Siti klubu təyyarə qəzasında həlak olan futbolçu Emiliano Salanın transferi üçün Fransa Nantına təzminat ödəməyib.
Futbol
4 Noyabr , 2019 17:49
Kardiff Siti təyyarə qəzasında ölən futbolçuya görə transfer qadağası ilə üzləşə bilər

İngiltərənin səviyyəcə ikinci liqası Çempionşipdə çıxış edən "Kardiff Siti" klubu təyyarə qəzasında həlak olan futbolçu Emiliano Salanın transferi üçün Fransa "Nant"ına təzminat ödəməyib.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, FIFA Uels təmsilçisinin ödəməni gecikdirməsindən narazıdır.

Qurumun nümayəndələri "Kardiff Siti"ni üç transfer pəncərəsində yeni oyunçu qeydiyyatdan keçirməsinə qadağa qoyacaqları ilə hədələyiblər.

Qeyd edək ki, FIFA "Kardiff Siti"nin Emiliano Sala üçün "Nant"a 6 milyon avro ödəməli olduğuna dair qərar çıxarıb. Argentinalı oyunçu "Kardiff Siti"yə qış transfer dövründə keçib. O, Uels klubu tarixində ən bahalı transfer olub. Forvard Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. Daha sonra isə futbolçunun meyiti aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi