​Klub prezidenti: "İspaniyada çıxış edən bir futbol klubunu azərbaycanlı qadın alıb"

​Klub prezidenti: "İspaniyada çıxış edən bir futbol klubunu azərbaycanlı qadın alıb" Bunu "Marbel" klubunun sahibi Aleksandr Qrinberq bildirib
Futbol
7 Fevral , 2016 19:27
​Klub prezidenti: İspaniyada çıxış edən bir futbol klubunu azərbaycanlı qadın alıb

Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycandan olan qadın iş adamı İspaniyada futbol klubu alıb.

"Report" xəbər verir ki, bunu "Championat" nəşrinə müsahibəsində İspaniyanın II Divizionunda çıxış edən "Marbel" klubunun prezidenti Aleksandr Qrinberq bildirib.

İspaniyada kluba sahib olan yeganə rusiyalı iş adamı jurnalistin "ispan klublarının idarəçiliyində keçmiş Sovet İttifaqından olan başqa kimlərsə var?" sualına belə cavab verib:

"Eşitdiyimə görə, guya "B" Divizionunda çıxış edən bir klubu Azərbaycandan olan qadın alıb. Bəlkə, sadəcə, şayiədir. Ruslara gəldikdə isə, məncə məndən başqa yoxdur".

Son xəbərlər

Orphus sistemi