Kloze: Almaniya yığmasına qayıtmayacağam

Kloze: Almaniya yığmasına qayıtmayacağam "Mən indiyədək qəbul etdiyim qərarları dəyişməmişəm”
Futbol
8 Mart , 2015 11:08
Kloze: Almaniya yığmasına qayıtmayacağam

Bakı. 8 mart. REPORT.AZ/ “Latsio” futbol klubunun hücumçusu Miroslav Kloze 2014-cü ildə Braziliyada keçirilən Dünya çempionatından sonra Almaniya yığmasını tərk etdiyinə görə heyfslənmədiyini bildirib.

"Report"un Sportbox.az-a istinadən verdiyi məlumata əsasən, futbolçu yığmaya qayıtmaq istəmədiyini deyib.

“Mən daha oynamamaq qərarına gəldim. Lakin hələ karyeramı bitirməmişəm. Yığmada 137 oyun keçirmişəm. Mən indiyədək qəbul etdiyim qərarları dəyişməmişəm”, - deyə futbolçu bildirib.

Son xəbərlər

Orphus sistemi