Yurgen Klopp "Liverpul"un "Napoli"yə məğlubiyyətinə münasibət bildirib

Yurgen Klopp "Liverpul"un "Napoli"yə məğlubiyyətinə münasibət bildirib Çempionlar Liqasının hazırkı qalibi Liverpulun baş məşqçisi Yurgen Klopp turnirin qrup mərhələsinin ilk turunda Napoli ilə oyunda qeydə alınan 2:0-lıq məğlubiyyətə münasibət bildirib.
Futbol
18 Sentyabr , 2019 01:57
Yurgen Klopp Liverpulun Napoliyə məğlubiyyətinə münasibət bildirib

Çempionlar Liqasının hazırkı qalibi "Liverpul"un baş məşqçisi Yurgen Klopp turnirin qrup mərhələsinin ilk turunda "Napoli" ilə oyunda qeydə alınan 2:0-lıq məğlubiyyətə münasibət bildirib.

“Report” "BT Sport"a istinadən xəbər verir ki, baş məşqçi məğlubiyyətin ağrılı olduğunu deyib:

"Qol vurmaq üçün hər cür imkanımız olduğunu nəzərə alsaq, ağrılı məğlubiyyətdir. Bu ilk oyun idi, hücumda çalışdıq, amma hücumları tamamlaya bilmədik və problem də bundadır. İkinci hissədə amansız bir oyun oldu, hamı bir tərəfdən o biri tərəfə qaçırdı.

"Liverpul" yaxşı futbol nümayiş etdirdi, amma qol vura bilmədi. Oyuna nəzarət etdik, lakin kifayət qədər təhlükəli məqamlarımız olmadı. Səhv qərarlar verdik və nəticə ilə barışmalıyıq".

İngiltərə klubu II turda öz meydanında "RB Leipsiq"lə qarşılaşacaq. Matç Liverpulun "Anfield" stadionunda keçiriləcək. "Napoli" səfərdə "Genk" lə qarşılaşacaq. Qarşılaşma Genkin "Kristal Arena"sında baş tutacaq. Hər iki oyun oktyabrın 2-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi