Yuxarı
    Bağlamaq

    Klaudio Ranyeri "Lester" klubundan aldığı təzminatın yarısını xeyriyyə fonduna bağışlayıb

    İtaliyalı mütəxəssisin kompensasiyasının həcmi 3 milyon funt-sterlinq təşkil edib

    Bakı. 28 fevral.REPORT.AZ/ İngiltərənin "Lester" futbol klubunun sabiq baş məşqçisi Klaudio Ranyeri müqaviləsinə vaxtından əvvəl xitam verildiyi üçün əldə etdiyi təzminatın yarısını "Foxes Foundation charity" xeyriyyə fonduna bağışlayıb. "Report"un "101 Great goals"a istinadən verdiyi məlumata görə, 66 yaşlı mütəxəssisin klubdan aldığı kompensasiyanın həcmi 3 milyon funt-sterlinq təşkil edib.

    K.Ranyeri xeyriyyə fonduna 1,5 milyon avro ödəyib.

    Qeyd edək ki, ötən mövsüm "Lester" italiyalı baş məşqçinin rəhbərliyi altında 133 illik tarixi ərzində ilk dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Klaudio Ranyeri ötən həftə Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İspaniyanın "Sevilya" komandasına 1:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi