Kiyevdə azarkeşlər arasında baş verən insidentdə 10 nəfər xəsarət alıb

Kiyevdə azarkeşlər arasında baş verən insidentdə 10 nəfər xəsarət alıb Bu barədə Kiyev Milli Polisi məlumat yayıb
Futbol
7 Dekabr , 2016 15:28
Kiyevdə azarkeşlər arasında baş verən insidentdə 10 nəfər xəsarət alıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Ukraynanın "Dinamo" və Türkiyənin "Beşiktaş" klubları arasındakı oyundan öncə Kiyevdə azarkeşlər arasında baş vermiş insidentdə 10 nəfər yaralanıb. 

"Report"un məlumatına görə, bu barədə Kiyev Milli Polisinin mətbuat xidməti açıqlama verib.

Açıqlamada xəsarət alanların xarici vətəndaş olduğu bildirilir.

Qeyd edək ki, münaqişədə 70-ə yaxın azarkeş iştirak edib. Oyunun keçirildiyi "Olimpiyski" stadionunun yaxınlığında baş verən insidentə Milli Qvardiyanın əsgərləri müdaxilə edib. Hadisədən sonra Kiyevin mərkəzində və stadionun ətrafında təqribən 2 000 polis və əsgər keşik çəkib.

Son xəbərlər

Orphus sistemi