Kiyev "Dinamo"su "Qəbələ"nin təklifini qəbul etməyib

Kiyev "Dinamo"su "Qəbələ"nin təklifini qəbul etməyib Sergey Rebrov: "Bilmirdik ki, sərəncamımızda neçə oyunçu qalacaq"
Futbol
11 Sentyabr , 2015 18:19
Kiyev Dinamosu Qəbələnin təklifini qəbul etməyib

Bakı. 11 sentyabr. REPORT.AZ/ "Qəbələ" klubunun Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə yoxlama oyunu baş tutmayıb. "Report"un məlumatına görə, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Sergey Rebrov açıqlama verib.

41 yaşlı mütəxəssis bildirib ki, israrlı təklif "qırmızı-qaralar"dan gəlib. Amma həmin vaxt "Dinamo"nun futbolçuları milli komandaların düşərgəsində olduqlarından, görüş baş tutmayıb: "Biz bilmirdik ki, sərəncamımızda neçə oyunçu qalacaq. Çox ciddi rəqib önünə 6 futbolçu ilə çıxmaq məqsədəuyğun olmazdı".

S.Rebrov "Qəbələ" əvəzinə, yerli "Desna" ilə üz-üzə gəldiklərini söyləyib. Bu, "Dinamo"da düşünüldüyündən də çox oyunçunun qalmasından sonra gerçəkləşib.

Qeyd edək ki, "Qəbələ" sentyabrın əvvəllərində Ukraynanın Odessa şəhərində təlim-məşq toplanışında olub. Hazırlıq çərçivəsində "Çernomorets"lə qarşılaşan baş məşqçi Roman Qriqorçukun komandası 2:0 hesabı ilə qalib gəlib. 

Son xəbərlər

Orphus sistemi