Kiyev “Dinamo”su avtomobili atəşə tutulan futbolçusunu mühafizəçi ilə təmin edib

Kiyev “Dinamo”su avtomobili atəşə tutulan futbolçusunu mühafizəçi ilə təmin edib 27 yaşlı yarımmüdafiəçinin özü və yaxınlarının həyatı üçün təhlükə yarandığına görə bu cür addım atılıb
Futbol
7 Dekabr , 2017 16:14
Kiyev “Dinamo”su avtomobili atəşə tutulan futbolçusunu mühafizəçi ilə təmin edib

Bakı. 7 dekabr. REPORT.AZ/ Kiyev “Dinamo”su komandanın futbolçusu Denis Qarmaş və ailəsini mühafizəçi ilə təmin edib.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin özü və yaxınlarının həyatı üçün təhlükə yarandığına görə bu cür addım atılıb.

Dekabrın 5-də 2 nəfər naməlum şəxs Ukrayna yığmasının üzvünün avtomobilini avtomatdan atəşə tutub. Nəqliyyat vasitəsinə 14 güllə dəysə də, həmin vaxt içində heç kim olmadığı üçün xəsarət alan olmayıb. İnsidentin D.Qarmaşın totalizatorlara borcu olduğu üçün baş verdiyi söylənilir. Futbolçu özü isə bu məlumatı təkzib edib.

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi