Kilian Mbappe 14 dəqiqə ərzində 4 qol vurub

Kilian Mbappe 14 dəqiqə ərzində 4 qol vurub Bakı. 8 oktyabr. REPORT.AZ/ Futbol üzrə Fransa çempionatının 9-cu turunda PSJ öz meydanında Lionu qəbul edib.
Futbol
8 Oktyabr , 2018 04:55
Kilian Mbappe 14 dəqiqə ərzində 4 qol vurub

Bakı. 8 oktyabr. REPORT.AZ/ Futbol üzrə Fransa çempionatının 9-cu turunda PSJ öz meydanında "Lion"u qəbul edib.

“Report” xəbər verir ki, Parisin "Park de Prens" stadionunda keçirilən görüş ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın heyətində qollardan dördünü Kilian Mbappe vurub. O, 14 dəqiqə ərzində (61, 66, 69 və 74) poker edib. Komandanın daha bir qoluna isə braziliyalı forvard Neymar imza atıb.

Beləliklə, PSJ I Liqada ardıcıl 9-cu qələbəsini qazanıb, "Lion"nun isə dörd oyunluq məğlubiyyətsizlik seriyası (2 qələbə, 2 heç-heçə) başa çatıb.

PSJ hazırda 27 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb, "Lion" isə 14 xalla 6-cıdır.

Son xəbərlər

Orphus sistemi