Yuxarı

KİV: Zlatan İbrahimoviç "Milan"la razılıq əldə edib

KİV: Zlatan İbrahimoviç "Milan"la razılıq əldə edib

Bakı. 22 noyabr. REPORT.AZ/ ABŞ-ın "Los-Anceles Qelaksi" klubunun futbolçusu Zlatan İbrahimoviç İtaliyanın "Milan" komandasında çıxış etməyə çox yaxındır.  

"Report" "Futbol Italia"ya istinadən xəbər verir ki, İtaliya təmsilçisi artıq 37 yaşlı hücumçu ilə razılıq əldə edib

Təcrübəli forvard 6 ay "Milan"da çıxış edəcək. İsveçli oyunçu bu müddət ərzində 2.2 milyon avro qazanacaq. 

Onun sözləşməsində müqaviləni avtomatik olaraq uzatmağa imkan verən bəndin olması ilə bağlı məlumat yoxdur.  

Qeyd edək ki, Z.İbrahimoviçin ABŞ klubu ilə müqaviləsi 2019-cu ilin sonunda başa çatır. O, 2010-2012-ci illər aralığında "Milan"da çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi