KİV: Rusiya yığmasının futbolçuları dopinqdən istifadə edib

KİV: Rusiya yığmasının futbolçuları dopinqdən istifadə edib Bakı. 9 iyul. REPORT.AZ/ Rusiya milli komandasının futbolçuları dünya çempionatı matçlarında fiziki durumu yaxşılaşdırmaq üçün dopinqdən istifadə ediblər.
Futbol
9 İyul , 2018 18:37
KİV: Rusiya yığmasının futbolçuları dopinqdən istifadə edib

Bakı. 9 iyul. REPORT.AZ/ Rusiya milli komandasının futbolçuları dünya çempionatı matçlarında fiziki durumu yaxşılaşdırmaq üçün dopinqdən istifadə ediblər. 

"Report" "Bild"ə istinadən xəbər verir ki, rusiyalı oyunçular rəqib üzərində üstünlük əldə etmək üçün DÇ-2018-in 1/4 finalında Xorvatiya ilə matçdan öncə ammonyakdan istifadə ediblər. Eyni zamanda yazı müəllifi ammonyakın qadağan olunmuş maddələr siyahısında olmadığını etiraf edib. 

Rusiya yğmasının həkimi Eduadr Bezuqlov məsələyə münasibət bildirib. Bezuqlov bunun dünya idmanında uzun illər istifadə olunan adi ammonyak spirti olduğunu deyib. 

Qeyd edək ki, Rusiya - Xorvatiya matçının əsas vaxtı 1:1, əlavə vaxtı isə 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında rəqibini 4:3 hesabı ilə üstələyən Xorvatiya yarımfinala vəsiqə qazanıb. 

Son xəbərlər

Orphus sistemi