Yuxarı

KİV: Baş məşqçi Avropa Liqasında Renat Dadaşova şans verməlidir

KİV: Renat Dadaşova Avropa Liqasında şans verilməlidir

Renat Dadaşov

İngiltərənin "Vulverhempton" komandasının baş məşqçisi Nunu Eşpiritu Santu Azərbaycan millisinin futbolçusu Renat Dadaşova Avropa Liqası matçında şans verməlidir.

"Report"un məlumatına görə, bu barədə ölkənin "Wolves.vitalfootball" nəşri məlumat yayıb. Bildirilib ki, 21 yaşlı hücumçu dəyərini sübut etmək üçün İspaniya "Espanyol"u ilə qarşılaşmada iştirak etməlidir.

Avropa Liqasının qrup mərhələsində olduğu kimi "Vulverhempton"un 1/16 finalda da bir sıra aparıcı futbolçularına istirahət verəcəyi gözlənilir. Renat Dadaşov bazar ertəsi U-23-ün heyətində "Liverpul"a 1:2 hesabı ilə uduzduqları görüşdə meydanda olub və komandasına penalti vurmaq imkanı qazandırıb. 

Nəşr bildirir ki, forvard avrokubok matçına hazır olmalıdır: "Vulverhempton"un hücum xəttində problem var. Niyə Dadaşovu ehtiyat hücumçu rolunda görmürsünüz"? 

Qeyd edək ki, Renat Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib. Klub gənc oyunçunu Avropa Liqası oyunları üçün sifariş edib. "Vulverhempton" 1/16 finalda "Espanyol"la ilk oyununu fevralın 20-də evdə, cavab görüşünü isə fevralın 27-də səfərdə keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi