KİV: "Qarabağ"ın hücumçusu Çin klubu ilə müqavilə bağlayacaq

KİV: "Qarabağ"ın hücumçusu Çin klubu ilə müqavilə bağlayacaq Dino Ndlovu 2 illik sözləşməyə imza atacaq
Futbol
10 Yanvar , 2018 01:14
KİV: Qarabağın hücumçusu Çin klubu ilə müqavilə bağlayacaq

Bakı. 10 yanvar. REPORT.AZ/ "Qarabağ" komandasının futbolçusu Dino Ndlovu gələn həftə Çinin “Xançjou Qrintaun” klubu ilə müqavilə bağlayacaq.

"Report"un "Soccer Laduma"ya istinadən verdiyi məlumata görə, cənubi afrikalı hücumçunun keçidi ilə bağlı məsələlər yanvarın ikinci yarısıda tamamlanacaq.

28 yaşlı hücumçunun 2 illik sözləşməyə imza atacağı bildirilir. Bu keçid üçün Azərbaycan klubuna 750 min avro (təqribən 1,5 milyon manat) ödəniləcək.

Qeyd edək ki, Dino Ndlovu "Qarabağ"a hazırda Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi Kipr "Anortosis"indən 2016-cı ilin avqustunda keçib. O, Ağdam komandasında ümumilikdə 24 qol vurub və klubun tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına yardımçı olub.

Ndlovu İdman Araşdırmalar Mərkəzinin jurnalistlər arasında keçirdiyi sorğunun yekunlarına əsasən, Azərbaycanda 2017-ci ilin ən yaxşı idmançısı seçilərək mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi