KİV: Mourinyo "Arsenal"ın baş məşqçisi ola bilər

KİV: Mourinyo "Arsenal"ın baş məşqçisi ola bilər Joze Mourinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Futbol
30 Oktyabr , 2019 11:00
KİV: Mourinyo Arsenalın baş məşqçisi ola bilər

Joze Mourinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

“Report” “The Sun”a istinadən xəbər verir ki, 56 yaşlı portuqaliyalı mütəxəssisin “Arsenal”ın sükanı arxasına keçmə ehtimalı var. Onun London komandasını yaxından izlədiyi və rəsmi təklifə açıq olduğu bildirilir.

“Arsenal”ın hazırkı baş məşqçisi Unay Emeri son vaxtlar uğursuz nəticələrə görə tənqidlə üzləşib. “Topçular” İngiltərə Premyer Liqasında geridə qalan 10 turdan sonra 16 xalla 5-ci pillədə qərarlaşıblar.

Qeyd edək ki, ötən ilin dekabrında uğursuz nəticələrlə əlaqədar “Mançester Yunayted”in baş məşqçi postundan kənarlaşdırılmış Joze Mourinyo “Çelsi”yə də rəhbərlik edib. O, həmçinin vətənində “Portu”, İtaliyada “İnter”, İspaniyada isə “Real Madrid” kimi klublarda çalışıb.

Son xəbərlər

Orphus sistemi