KİV: "Mançester Yunayted" David de Xea ilə müqavilənin müddətini uzadıb

KİV: "Mançester Yunayted" David de Xea ilə müqavilənin müddətini uzadıb İngiltərənin Mançester Yunayted klubu əsas qapıçısı David de Xea ilə müqavilənin müddətini uzadıb.
Futbol
14 Sentyabr , 2019 17:06
KİV: Mançester Yunayted David de Xea ilə müqavilənin müddətini uzadıb

İngiltərənin "Mançester Yunayted" klubu əsas qapıçısı David de Xea ilə müqavilənin müddətini uzadıb.

"Report" "Mirror"a istinadən xəbər verir ki, 29 yaşlı qolkiper 2023-cü ilin iyununadək nəzərdə tutulan sözləşməyə imza atıb. Onun həftəlik maaşı bonuslar da daxil olmaqla, həftəlik 400 min avro təşkil edəcək.

İspaniya millisinin də şərəfini qoruyan oyunçunun mövcud müqaviləsi 2020-ci ilin yayına qədər idi.

Qeyd edək ki, David de Xea 2011-ci ildən "Mançester Yunayted"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi