Yuxarı

KİV: “Mançester Siti” Qvardiolaya əvəzləyici axtarır

KİV: “Mançester Siti” Qvardiolaya əvəzləyici axtarır

İngiltərənin “Mançester Siti” klubunun rəhbərliyi əsas komandanın baş məşqçisi Xosep Qvardiolaya əvəzləyici axtarmağa başlayıb.

“Report”un “The Mirror”a istinadən veriyi məlumata görə, idarəçilər 48 yaşlı ispaniyalı mütəxəssisin rəhbərlik etdiyi kollektivin nəticələrindən narazıdırlar.

“Mançester Siti” Premyer Liqada geridə qalan 16 turdan sonra 32 xalla 3-cü pillədədir və lider “Liverpul”dan 14 xal geri qalır. “Şəhərlilər” Çempionlar Liqasında qrupdan çıxmağı təmin ediblər.

Qvardiola klubla 2021-ci ilin iyununa qədər müqaviləsi var.

Qeyd edək ki, Qvardiola 2016/17 mövsümündən “Mançester Siti”nin baş məşqçisidir. Komanda onun dönəmində 2 dəfə ölkə çempionu olmaqla yanaşı, eyni sayda Liqa Kubokunun, 1 dəfə İngiltərə Kubokunun qalibi adını qazanıb. “Şəhərlilər” həmçinin 2 dəfə İngiltərə Superkubokunu götürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi