Yuxarı

KİV: Kriştianu Ronaldu PSJ ilə danışıq aparır

Portuqaliyalı futbolçunun PSJ rəhbərliyi ilə Madriddəki otellərin birində görüşdüyü bildirilir

Bakı. 25 noyabr. REPORT.AZ/ İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu Fransa təmsilçisi PSJ ilə danışıq aparır.

“Report” “Daily Star”a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu “Kral klubu”nun prezidenti Florentino Pereslə aralarında yaranan narazılıq səbəbi ilə iş yerini dəyişmək istəyir.

K.Ronaldunun PSJ rəhbərliyi ilə Madriddəki otellərin birində görüşdüyü və fransa klubunun portuqaliyalı futbolçunun bütün istəklərini yerinə yetirməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, K.Ronaldu 2009-cu ildə 93,4 milyon avro qarşılığında İngiltərənin “Mançester Yunayted” klubundan “Real Madrid”ə transfer olub. O, 2016-cı ildə İspaniya təmsilçisi ilə 2021-ci ilə qədər yeni müqavilə bağlayıb. Portuqaliyalının illik maaşı 21 milyon avrodur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi