KİV: İtaliya Futbol Federasiyası Karlo Ançelotti ilə danışıqlara başlayıb

KİV: İtaliya Futbol Federasiyası Karlo Ançelotti ilə danışıqlara başlayıb Qurumun prezidenti 58 yaşlı mütəxəssisi yığmanın sükanı arxasında görmək istəyir
Futbol
15 Noyabr , 2017 16:15
KİV: İtaliya Futbol Federasiyası Karlo Ançelotti ilə danışıqlara başlayıb

Bakı. 15 noyabr. REPORT.AZ/ İtaliya Futbol Federasiyası milli komandanın baş məşqçisi postuna əsas namizəd olan Karlo Ançelotti ilə danışıqlara başlayıb.

“Report” “Premium Sport”a istinadən xəbər verir ki, qurumun prezidenti Karlo Tavekkio və əksər azarkeşlər 58 yaşlı mütəxəssisi yığmanın sükanı arxasında görmək istəyirlər.

Lakin Ançellotinin təyinatından əvvəl İtaliya millisinin 2018-ci il dünya çempionatına çıxara bilməyən hazırkı baş məşqçi Campyero Ventura ilə problemi yoluna qoymaq lazımdır. Özü istefa vermək istəməyən 69 yaşlı mütəxəssis müqavilənin birtərəfli pozulması müqabilində 700 min avro təzminat almağı düşünür.

Qeyd edək ki, dünyanın ən titullu məşqçilərindən sayılan Karlo Ançelotti bu ilin sentyabrından Almaniya “Bavariya”sının baş məşqçi postundan istefaya göndərilib. İtaliyalı mütəxəssis indiyədək heç bir yığmaya rəhbərlik etməyib. O, 1992 - 1995-ci illərdə ölkəsinin milli komandasında köməkçi-məşqçi işləyib.

Son xəbərlər

Orphus sistemi