Yuxarı

KİV: Honduraslı futbolçu "Sabah"ı tərk edir

KİV: Honduraslı futbolçu "Sabah"ı tərk edir

Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah” klubununun futbolçusu Rocer Roxas qış fasiləsindən sonra karyerasını Kolumbiyada davam etdirəcək.

“Report” xəbər verir ki, bu barədə bu ölkədən olan jurnalist Xulian Kapera “Twitter” hesabında yazıb. Onun sözlərinə görə, “Deportivo Tolima” 29 yaşlı honduraslı hücumçu ilə 2020-ci ilin dekabrına qədər müqavilə bağlayacaq.

Qeyd edək ki, Roxas bu ilin avqustunda “Sabah”la 1 illik müqavilə bağlasa da, əsas heyətə düşməkdə çətinlik çəkir. O, Premyer Liqada fərqlənə bilməsə də, Azərbaycan Kubokunda 2 qol vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi