KİV: Albaniya çempionu "Qarabağ"la cavab matçında heyətdə dəyişiklik edəcək

KİV: Albaniya çempionu "Qarabağ"la cavab matçında heyətdə dəyişiklik edəcək Albaniyanın “Partizani” komandasının “Qarabağ”a qarşı Bakıda keçirəcəyi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçı üçün təxmini start heyəti açıqlanıb.
Futbol
15 İyul , 2019 10:56
KİV: Albaniya çempionu Qarabağla cavab matçında heyətdə dəyişiklik edəcək

Albaniyanın “Partizani” komandasının “Qarabağ”a qarşı Bakıda keçirəcəyi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçı üçün təxmini start heyəti açıqlanıb.

“Report” “Panorama Sport” portalına istinadən xəbər verir ki, baş məşqçi Franko Lerda Tiranada qolsuz heç-heçə ilə başa çatan oyuna nəzərən “11-lik”də 2 dəyişiklik edəcək. O, sol cinah müdafiəçisi Esin Hakayı Lorents Traşi ilə əvəzləyəcək. Hücumçu Emmanuel Mensanın yerinə isə Brayan Braun meydana çıxacaq.

Proqnoza əsasən, qapıda Alban Hoca dayanacaq. Müdafiədə soldan sağa olmaqla, Lorents Traşi, Eqzon Belitsa, Eneo Bitri və Labinot İbrahimi yer alacaq. Orta xətdə eyni qaydada Vilyam Kordeyru, Bruno Telyuşi və Esat Mala çıxış edəcək. Hücum xətti isə Eraldo Çinari, Brayan Braun və Yasir Asanidən ibarət “üçlük”dən təşkil olunacaq.

Komandanın ötən gün keçirilən, eləcə də bu günə nəzərdə tutulan məşqləri mətbuata qapalı olacaq.

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək matç saat 21:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi