"Keşlə" - "Zirə" matçında futbolçunun dili qatlanıb

"Keşlə" - "Zirə" matçında futbolçunun dili qatlanıb Hadisə Slavik Alxasov rəqib oyunçu ilə toqquşduqdan sonra baş verib
Futbol
5 Mart , 2018 05:29
Keşlə - Zirə matçında futbolçunun dili qatlanıb

Bakı. 5 mart. REPORT.AZ/ "Keşlə"nin futbolçusu Slavik Alxasov Topaz Premyer Liqasının XVIII turunda "Zirə" ilə səfər matçında xoşagəlməz halla üzləşib.

"Report" xəbər verir ki, sol cinah müdafiəçisi rəqib oyunçu ilə toqquşduqdan sonra dili qatlanıb.

Həkimlərin müdaxiləsindən sonra özünə gələn futbolçu oyunu davam etdirib.

Alxasov matçın 73-cü dəqiqəsində vurduğu qolla komandasını önə çıxardıb - 2:1.

Son xəbərlər

Orphus sistemi