"Keşlə" Yuri Maksimovun rəhbərliyi altında ikinci qələbəsini qazanıb

"Keşlə" Yuri Maksimovun rəhbərliyi altında ikinci qələbəsini qazanıb Komanda səfərdə "Zirə"ni məğlub edib
Futbol
4 Mart , 2018 20:01
Keşlə Yuri Maksimovun rəhbərliyi altında ikinci qələbəsini qazanıb

Bakı. 4 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub.

"Report" xəbər verir ki, həftənin son matçında "Zirə" "Keşlə"ni qəbul edib.

Qarşılaşmada hesabı qonaqlar açıb. Görüşün 13-cü dəqiqəsində Tərlan Quliyev fərqlənib. Bundan 15 dəqiqə sonra "Zirə" bərabərlik qolunu vurub. Meydan sahiblərinin heyətində Elşən Abdullayev "çərçivə"ni dəqiq nişan alıb.

Fasilədən sonra "Keşlə" qələbə qolunu vura bilib. Slavik Alxasov 73-cü dəqiqədə zirəliləri məyus edib.

Yuri Maksimovun rəhbərliyi altında ikinci qələbəsini qazanan "Keşlə" xallarının sayını 15-ə çatdırıb və 7-ci pillədə qalıb. "Zirə" isə 32 xalla 3-cü sıradadır.

Bu gün baş tutan digər matçda "Neftçi" "Qəbələ"ni məğlub edib. İlk oyun günündə "Kəpəz" "Səbail"i 2:1 hesabı ilə yenib. "Sumqayıt" - "Qarabağ" matçında isə qalib müəyyənləşməyib - 1:1.

Son xəbərlər

Orphus sistemi