"Keşlə" yeni mövsümə 21 futbolçu sifariş edib

"Keşlə" yeni mövsümə 21 futbolçu sifariş edib Bakı. 10 avqust. REPORT.AZ/ “Keşlə” klubu 2018/2019 mövsümü üçün sifariş vərəqəsini Peşəkar Futbol Liqasına təqdim edib.
Futbol
10 Avqust , 2018 11:24
Keşlə yeni mövsümə 21 futbolçu sifariş edib

Bakı. 10 avqust. REPORT.AZ/ “Keşlə” klubu 2018/2019 mövsümü üçün sifariş vərəqəsini Peşəkar Futbol Liqasına təqdim edib.

“Report” xəbər verir ki, Premyer Liqada mübarizə aparan paytaxt klubunun heyətində 21 futbolçu - 3 qapıçı, 8 müdafiəçi, 6 yarımmüdafiəçi və 4 hücumçu yer alıb. Onlardan 7-si əcnəbidir.

Qapıçılar: 1. Kamran Ağayev, 15. Orxan Sadıqlı, 16. Şahin Zəkiyev

Müdafiəçilər: 2. Sertan Taşkın, 3. Denis Silva (Braziliya), 4. Slavik Alxasov, 19. Azər Salahlı, 27. Adrian Skarlatake (Rumıniya), 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 66. Murad Qayalı

Yarımmüdafiəçilər: 8. Miloş Boşançiç (Serbiya), 21. Herve Tçami (Kamerun), 24. Fuad Bayramov, 88. Məmməd Quliyev, 90. Ebrima Sohna (Qambiya), 97. Elnur Cəfərov

Hücumçular: 7. Vaqif Cavadov,9. Amil Yunanov, 11. Bahodir Nasimov (Özbəkistan), 14. Andre Klennon (Yamayka)

Qeyd edək ki, "Keşlə" serbiyalı yarımmüdafiəçi Nikola Mitroviçlə də müqavilə bağlayıb. Onun da adı siyahıya əlavə olunacaq.

Son xəbərlər

Orphus sistemi