"Keşlə" "Sumqayıt"ı böyük hesabla üstələyib

"Keşlə" "Sumqayıt"ı böyük hesabla üstələyib Баку. 11 ноября. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.
Futbol
11 Noyabr , 2018 21:44
Keşlə Sumqayıtı böyük hesabla üstələyib

Баку. 11 ноября. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.

“Report” xəbər verir ki, həftənin son oyununda “Sumqayıt” “Keşlə”ni qəbul edib. Matçın ilk hissəsində komandalar qapılar qarşısında təhlükəli vəziyyət yarada bilməyib. İkinci hissəyə qonaq komanda sürətli başlayıb. Qarşılaşmanın 52-ci dəqiqəsində “Keşlə”nin heyətində Amin Yunanov hesabı açıb. Dörd dəqiqə sonra Geargiadis Georgios ikinci qolu vurub.

Matçın 65-ci dəqiqəsində “Sumqayıt” komandasının forvardı Atilla Yıldırım fərqlənərək qollardan birinin əvəzini çıxıb. Amma 67-ci dəqiqədə meydan sahiblərinin qolkiperi Orxan Sadıxlı kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. Bunun müqabilində, 79-cu dəqiqədə Yunanov sabiq komandasının qapısına növbəti dəfə yol tapıb. Oyuna əlavə olunmuş 3-cü dəqiqədə Andre Klennon yekun nəticəni müəyyənləşdirib - 4:1.

Tərlan Əhmədovun rəhbərliyi altında ilk qələbəsini qazanan “Keşlə” 9 xalla 7-ci pillədə qərarlaşıb. “Sumqayıt” isə 11 xalla 6-cı yerdədir.

Qeyd edək ki, ilk oyun günüdə “Səbail” “Sabah”ı 4 cavabsız qolla məğlub etdiyi halda, “Neftçi” “Zirə” ilə bərabərə qalıb – 2:2. “Qəbələ” isə “Qarabağ”ı 3:1 hesabı ilə üstələyib.

Son xəbərlər

Orphus sistemi