"Keşlə" "Qarabağ"ın futbolçusunu baxışa dəvət edib

"Keşlə" "Qarabağ"ın futbolçusunu baxışa dəvət edib Paytaxt klubu Nemanya Stoyanoviçi sınayır
Futbol
10 Yanvar , 2018 14:15
Keşlə Qarabağın futbolçusunu baxışa dəvət edib

Bakı. 10 yanvar. REPORT.AZ/ “Keşlə” klubunun baxışa çağırdığı serbiyalı futbolçunun kimliyi müəyyənləşib.

“Report”un əldə etdiyi məlumata görə, bu, Nemanya Stoyanoviçdir. Son klubu Avstriyanın Regional Liqasında çıxış edən Vyana “Qarabağ”ında oynayan 24 yaşlı yarımmüdafiəçi “Keşlə”nin baş məşqçisi Yuri Maksimovun etimadını dorğuldacağı təqdirdə, onunla müqavilə bağlanılacaq.

Qeyd edək ki, Stoyanoviç daha əvvəl Serbiyanın “Yaqodina” və Avstriyanın “Kaizerebersdorf” klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi