“Keşlə”nin legioneri: “Azərbaycanın Kosovoya uduzması mənim üçün sürpriz oldu”

“Keşlə”nin legioneri: “Azərbaycanın Kosovoya uduzması mənim üçün sürpriz oldu” Bakı. 24 noyabr. REPORT.AZ/ “Bu cür iki qol buraxmaq olmaz. Matça çıxanda yüz faizlik güc sərf etməlisən. Biz isə qapımızda iki top görəndən sonra oynamağa başladıq. Bu cür olmaz. Əlbəttə, hamımız qaçırdıq, səy göstərirdik”.
Futbol
24 Noyabr , 2018 20:37
“Keşlə”nin legioneri: “Azərbaycanın Kosovoya uduzması mənim üçün sürpriz oldu”

Bakı. 24 noyabr. REPORT.AZ/ “Bu cür iki qol buraxmaq olmaz. Matça çıxanda yüz faizlik güc sərf etməlisən. Biz isə qapımızda iki top görəndən sonra oynamağa başladıq. Bu cür olmaz. Əlbəttə, hamımız qaçırdıq, səy göstərirdik”.

“Report”un məlumatına görə, bunu “Keşlə”nin litvalı legioneri Edvinas Girdvainis Azərbaycan Pemyer Liqasının XII turunda evdə “Qəbələ”yə 1:2 hesablı məğlubiyyəti şərh edərkən deyib.

Litvalı futbolçu bildirib ki, iki qol buraxandan sonra dönüş etmək çətin olur. Yeni, yaxşı baş məşqçimiz var. Hər şey qaydasındadır, pullarımızı alırıq. Bizdən çox şey gözlənilir”.

Millətlər Liqasının oyunları ilə əlaqədar çempionatda yaranan fasilənin sizin xeyrinizə olmadığını söyləmək olar?

- Əlbəttə kömək edir. Yeni məşqçimiz var, o, öz oyun fəlsəfəsini bizə aşılamaq istəyir. Yenə deyirəm, onun dediklərinə daha çox qulaq asmalı, vəziyyəti dəyişməliyik. Bizim hər şeyimiz, yaxşı futbolçularımız var.

Tərlan Əhmədovun baş məşqçi postuna gəlişindən sonra nələrsə dəyişib?

- Məsələn, nizam-intizam yaxşılaşıb. Baş məşqçi imicə malikdir, hamımız ona yaxşı münasibət bəsləyirik. Problem ondadır ki, biz daha çox güc sərf etməliyik. Bugünkü kimi olmaz.

Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız...

- Bütün matçlarda qalib gəlməliyik. Heç kimdən qorxmuruq. Biz pis komanda deyilik.

Qışda bir çox legionerin “Keşlə”ni tərk edəcəyi deyilir. Siz bu siyahıda yer alacaqsınız?

- Açığı, bunu ilk dəfədir eşidirəm və bu barədə düşünmürəm.

Həm Azərbaycan, həm də Litva yığması Millətlər Liqasında qrupdan çıxa bilmədi. Bu barədə nə deyə bilərsiniz?

- Biz C liqasında Serbiya, Rumıniya və Monteneqro ilə çətin qrupda yer almışdıq. Hamısı güclü idi, uduzduq. Çox çalışdıq, amma reallıq budur ki, bu cür komandalara qarşı oynamağa hazır deyilik.

Azərbaycanın əvəzinə Malta, Farer adaları və Kosovo ilə bir qrupda yer alsaydınız necə olardı?

- Ötən tskildə Malta ilə bir qrupda idik, onlara qalib gəlmişdik. İndi bütün komandalar futbol oynamağı bacarır.

Azərbaycanın Kosovoya 0:4 hesabı ilə uduzmağı sizin üçün gözlənilməz oldu?

- Əlbəttə, bunu gözləmirdim. Kosovo ilə Bakıdakı oyunu tribunadan izləyirdim. Bu məğlubiyyət mənim üçün sürpriz oldu.

Son xəbərlər

Orphus sistemi