"Keşlə"nin futbolçusu oyun zamanı huşunu itirməsinə aydınlıq gətirib

"Keşlə"nin futbolçusu oyun zamanı huşunu itirməsinə aydınlıq gətirib “Həkimlər vaxtında yardım göstərdilər"
Futbol
6 Mart , 2018 15:15
Keşlənin futbolçusu oyun zamanı huşunu itirməsinə aydınlıq gətirib

Bakı. 6 mart. REPORT.AZ/ “Rəqib futbolçu ilə hava mübarizəsi zamanı yerə çox pis düşdüm. Nəticədə özümdən getdim".

Bunu “Report”a açıqlamasında "Keşlə" komandasının futbolçusu Slavik Alxasov Azərbaycan Premyer Liqasının XVIII turunda "Zirə" ilə səfər matçının 90-cı dəqiqəsində huşunu itirməsinə aydınlıq gətirərkən deyib.

25 yaşlı sol cinah müdafiəçisi bildirib ki, həkimlərin müdaxiləsindən sonra özünə gəlib və özünü yaxşı hiss etdiyi üçün oyunu davam etdirib: “Həkimlər vaxtında yardım göstərdilər. Naşatır spirtini qoxulayandan sonra özümə gəldim. Ürəkbulanmam vardı. Açığı, bir az qorxdum. Lakin sonra toparlanıb oyuna davam etdim. Artıq özümü yaxşı hiss edirəm. Heç bir problem yoxdur”.

Qeyd edək ki, oyun “Keşlə”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Alxasov matçın 73-cü dəqiqəsində komandasının qələbə qoluna imza atıb.

Son xəbərlər

Orphus sistemi