"Keşlə"nin futbolçusu: "Komandamızda fonda pul köçürmək söhbəti olmayıb" - MÜSAHİBƏ

"Keşlə"nin futbolçusu: "Komandamızda fonda pul köçürmək söhbəti olmayıb" - MÜSAHİBƏ Keşlənin futbolçusu Vüsal İsgəndərlinin Reporta müsahibəsi
Futbol
29 Mart , 2020 11:30
Keşlənin futbolçusu: Komandamızda fonda pul köçürmək söhbəti olmayıb - MÜSAHİBƏ

"Keşlə"nin futbolçusu Vüsal İsgəndərlinin "Report"a müsahibəsi 

- Ölkədə karantin rejimi daha da gücləndirilib. Belə bir şəraitdə vaxtınızı necə keçirirsiniz?

- Demək olar ki, bütün günü evdə oluram. Vaxt getmir, məşq və oyun olmadığı üçün darıxıram. Səhərlər bir saat qaçır, evdə yüngül məşq edirəm. 

- Çempionat dayanmamışdan öncə yaxşı çıxış edirdiniz. Fasilə yəqin ki, sizin də çıxışınıza təsir edəcək...

- Əslində bu, məni çox narahat edir. Amma özümə inanıram. Çalışacağam ki, ən azı əvvəlki formamı qısa müddətdə qaytarım. 

Çempionat dayandırılıb və bərpa olunmama ehtimalı da var. Bu barədə nə deyə bilərsiniz?

- Bir söz deyə bilmərəm. Sadəcə, istəmirəm ki, builki əziyyətimiz yerdə qalsın. Bizim məqsədimiz var: Medalçılar sırasına düşərək, Avropa Liqasında iştirak etmək istəyirik. İnanıram ki, hər şey tezliklə düzələcək. 

Özünüz koronavirusla necə mübarizə aparırsınız və yoluxmamaq üçün hansı tədbirləri görürsünüz?

- Əsasən təmizliyə çox önəm verirəm. Maska və əlcəkdən istifadə etmirəm. Əllərimi yumaq və spirt vurmaqla qorunmağa çalışıram. 

- Bəziləri spirtli içki qəbul etməyin koronavirusla mübarizədə effektiv olduğunu söyləyir. Buna münasibətin necədir?

- Bundan xəbərim yoxdur. Spirt qəbul etmirəm və içməyi xoşlamıram. Bir sözlə, içməyi bacarmıram. 

- Koronavirusla mübarizə məqsədilə fond yaradılıb. “Qarabağ” klubunun baş məşqçisi, futbolçuları ora müəyyən məbləğdə yardım ediblər. Siz də belə bir addım atmağı düşünürsünüz?

- Bizdə hər kəs kasıb ailəyə və ehtiyacı olanlara kömək edir. Bu, əvvəl də belə idi, indi də belədir. Sadəcə, komanda daxilində fonda pul ödəmək haqqında söhbət olmayıb. 

Son xəbərlər

Orphus sistemi