Yuxarı

"Keşlə"nin baş məşqçisi: "Qələbə bizim üçün vacib idi"

​"Keşlə"nin baş məşqçisi: "Qələbə bizim üçün vacib idi"

"Keçən turda məğlub olduqdan sonra çalışırdıq ki, daha çox psixoloji hazırlığa üstünlük verək. Bu gün də bunun bəhrəsini gördük. Qələbə bizim üçün vacib idi. Qış fasiləsinə 3-cü yerdə qərarlaşmaq istəyirdik. Komandanın mübarizəsi xoşuma gəldi. Yorğunluq var, amma rotasiya imkanımız da yoxdur.

Tərlan Quliyev uzun müddət yox idi. Bu gün onun da oyunu xoşuma gəldi. Bu oyunda əsl mübarizəli "Keşlə" gördüm. Qələbə qələbədir. Futbolçulara təşəkkür edirəm. Komandamın daha yaxşı futbol oynayıb, qələbə qazanmasını istəyirəm. Qış fasiləsində yeni futbolçular mütləq olacaq. Hər mövqeyə 2 oyunçu istəyirəm ki, istədiyimi edə bilim"

"Report"un məlumatına görə bu fikirləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın XIII turunda evdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis Azər Salahlıya müdafiədə şans verməməsinə toxunub: "Azər Salahlı mərkəz müdafiəçisi oynayan zaman komanda "Baltsan"dn 4 qol buraxıb. Azər sol cinah üçündür. Mərkəzdə mənə daha təcrübəli oyunçu lazımdır. Rəşad daha əvvəl də bu mövqedə oynayıb. Bu, mənim qərarım idi. Bir şey problem idi ki, Ruslan Qurbanova nəsə olsa, mən kimi oynadacağam. Rəşadın meydançada olması komanda üçün böyük uğur idi".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi