"Keşlə"nin baş məşqçisi: "Futbolçulara deyirəm ki, çıxın, özünüzü göstərin"

"Keşlə"nin baş məşqçisi: "Futbolçulara deyirəm ki, çıxın, özünüzü göstərin" "Çalışırıq ki, təcrübəli oyunçularla yanaşı, gənc futbolçulara da şans verək"
Futbol
21 Aprel , 2018 22:15
Keşlənin baş məşqçisi: Futbolçulara deyirəm ki, çıxın, özünüzü göstərin

Bakı. 21 aprel. REPORT.AZ/ "Kubok oyunundan sonra komandada bir qədər yorğunluq, boşalma var idi. Buna görə, bəzi futbolçulara istirahət verdim. Meydana çıxan futbolçular özlərini yaxşı tərəfdən göstərdilər. Buna görə onlara təşəkkür edirəm".

"Report" xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Yuri Maksimov evdə "Zirə"ni 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib. Ukraynalı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

Bu oyunda əvəzetmələriniz həlledici rol oynadı...

- Son 10 gündə 4 oyun keçirmişik. Çalışırıq ki, təcrübəli oyunçularla yanaşı, gənc futbolçulara da şans verək.

Vaqif Cavadovun qolundan sonra üzünüzü qapıçılar üzrə məşqçi Cəmaləddin Əliyevə tutaraq, "gördün?” dediniz...

- Bu, taktika ilə bağlı olan məsələ idi. Vaqifin qol duyumu ona fərqlənmək üçün imkan verdi.

"Keşlə" avrokuboklara çıxsa, komandada qalacaqsız?

- Müqavilənin sonuna kimi buradayam. Bundan sonra rəhbərliklə müzakirəmiz olacaq.

Demək olarmı ki, komandanız çempionatda öz vəzifəsini yerinə yetirib?

- Çempionatda oyunlara qələbə üçün çıxırıq. Futbolçuların çoxunun komanda ilə müqaviləsi bitir. Lakin mən onlara deyirəm ki, çıxın, özünüzü göstərin. Yaxşı oyun sərgiləmək yeni klubların diqqətini çəkmək üçün də əsasdır.

Komandaya "Sumqayıt”la oyuna görə vəd edilmiş mükafat verilib?

- Xeyr, hələ verilməyib.

Son xəbərlər

Orphus sistemi