Yuxarı

Tərlan Əhmədov: "Futbolçularımı "Neftçi" üzərində qələbəyə kökləməyə çalışıram"

"Keşlə"nin baş məşqçisi derbidən danışdı

"Çempionatda bütün oyunlar çətin keçir. Qarşıdakı görüşə hazırlığımızı davam etdiririk".

Bu fikirləri "Report"a açıqlamasında "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XVII turunda "Neftçi" ilə keçirəcəkləri matç haqqında danışarkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, bütün oyunlara yaxşı nəticə qazanmaq üçün çıxırlar. 

T.Əhmədov bazar günü azarkeşləri maraqlı oyunun gözlədiyini söyləyib: "Rəqibdən asılı olmayaraq, futbolçularımı qələbəyə kökləməyə çalışıram. Biz hər oyuna yaxşı nəticə üçün çıxırıq. İnanıram ki, azarkeşlər maraqlı qarşılaşma izləyəcəklər".

Qeyd edək ki, fevralın 16-da "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Keşlə" oyunu saat 19:00-da start götürəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi