Yuxarı

"Keşlə"nin baş məşqçisi Azərbaycan Premyer Liqasının tarixinə 55-ci əcnəbi mütəxəssis kimi düşüb

"Keşlə"nin baş məşqçisi Azərbaycan Premyer Liqasının tarixinə 55-ci əcnəbi mütəxəssis kimi düşüb

Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında ilk turun “Keşlə” – “Sabah” qarşılaşması daha bir əcnəbi baş məşqçinin debütü ilə əlamətdar olub.

“Report” Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, meydan sahibi komandanın sükanı arxasında olan Mladen Milinkoviç yarışın tarixinə 55-ci əcnəbi mütəxəssis kimi düşüb.

O, Azərbaycan çempionatlarında 4-cü serbiyalı baş məşqçidir. Milinkoviçə qədər həmyerliləri Petar Kurçubiç “Olimpik” (indiki “Şüvəlan”), Milinko Pantiç “Bakı”ya rəhbərlik edib, Miroslav Saviç isə baş məşqçi əvəzi kimi “Masallı”nı 1 oyuna çıxarıb.

Qeyd edək ki, "Sabah"la oyun  "Keşlə"nin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi