"Keşlə"nin baş məşqçisi akkreditasiya kartını namaz otağında unudub

"Keşlə"nin baş məşqçisi akkreditasiya kartını namaz otağında unudub Keşlənin baş məşqçisi Tərlan Əhmədov Neftçi ilə Azərbaycan Premyer Liqasının XI tur oyununun ikinci hissəsinə beciksiz (akkreditasiya kartı - red) çıxıb.
Futbol
9 Noyabr , 2019 20:04
Keşlənin baş məşqçisi akkreditasiya kartını namaz otağında unudub

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XI tur oyununun ikinci hissəsinə beciksiz (akkreditasiya kartı - red) çıxıb.

"Report"un məlumatına görə, 48 yaşlı mütəxəssis matçdan sonra bunun səbəbini açıqlayıb.

O, akkreditasiya kartını fasilə zamanı namaz otağında qoyduğunu bildirib: "Becikim birinci hissədən sonra ibadət otağında qalmışdı. Matçın ikinci hissəsində gətirib verdilər".

Bu mövsümdən etibarən becik taxmayan klub rəsmiləri, o cümlədən, baş məşqçilər AFFA İntizam Komitəsi tərəfindən pul cəzasına məruz qalırlar.

Qeyd edək ki, görüş "Keşlə"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi