"Keşlə"nin Avropa Liqasındakı ilk oyununun stadionu və başlama saatı müəyyənləşib

"Keşlə"nin Avropa Liqasındakı ilk oyununun stadionu və başlama saatı müəyyənləşib Görüş Ta Qali şəhərindəki Milli Stadionda təşkil olunacaq
Futbol
27 İyun , 2018 09:41
Keşlənin Avropa Liqasındakı ilk oyununun stadionu və başlama saatı müəyyənləşib

Bakı. 27 iyun. REPORT.AZ/ Bakının "Keşlə" klubunun futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində Maltanın "Baltsan" komandasına qarşı keçirəcəyi ilk oyunun stadionun və başlama saatı müəyyənləşib.

"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş iyulun 12-də Ta Qali şəhərindəki Milli Stadionda təşkil olunacaq. Start fiti isə Bakı vaxtı ilə saat 21:00-da çalınacaq.

Həmin gün saat 20:00-da "Qəbələ" öz meydanında Lüksemburq "Proqres"ini, saat 21:00-da isə "Neftçi" "Dalğa Arena"da Macarıstan "Uypeşt"ini qəbul edəcək.

Qeyd edək ki, cavab görüşləri iyulun 19-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi