"Keşlə" klubunun yeni baş məşqçisi rəsmiləşib

"Keşlə" klubunun yeni baş məşqçisi rəsmiləşib İdman direktoru vəzifəsi isə Ramiz Məmmədova tapşırılıb
Futbol
25 Dekabr , 2017 13:04
Keşlə klubunun yeni baş məşqçisi rəsmiləşib

Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün "Keşlə" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, gündəlikdəki məsələlərin müzakirəsindən sonra 2 qərar qəbul olunub.

"Keşlə"nin baş məşqçi vəzifəsinə Yuri Maksimov təyin olunub. Komandanın idman direktoru vəzifəsi isə Ramiz Məmmədova tapşırılıb. İclasda, həmçinin yeni futbolçuların heyətə cəlb olunmaları və digər məsələlər barədə müzakirələr aparılıb. 

Son xəbərlər

Orphus sistemi