“Keşlə” klubu məhkəməyə verilib

“Keşlə” klubu məhkəməyə verilib Bakı. 8 fevral. REPORT.AZ/ “Mediland” MMC Azərbaycan Premyer Liqasında çıxış edən Keşlə (əvvəlki İnter) futbol klubunu məhkəməyə verib.
Futbol
8 Fevral , 2019 16:35
“Keşlə” klubu məhkəməyə verilib

Bakı. 8 fevral. REPORT.AZ/ “Mediland” MMC Azərbaycan Premyer Liqasında çıxış edən "Keşlə" (əvvəlki "İnter") futbol klubunu məhkəməyə verib.

"Report"un xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC pul barədə tələb irəli sürüb.

Pulun məbləği açıqlanmayıb. Üçüncü şəxs qismində “Keşlə” klubu göstərilib.

Məhkəmə iddianı qismən təmin edib.

Qərardan narazı qalan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verib. Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Növbəti məhkəmə iclası fevralın 13-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi