"Keşlə" klubu həbs olunan futbolçularla bağlı rəsmi məlumat yayıb

"Keşlə" klubu həbs olunan futbolçularla bağlı rəsmi məlumat yayıb "Nizami Hacıyev və Mirhüseyn Seyidov Premyer Liqadakı son 5-6 matçda danışılmış oyunlarda iştirak edib"
Futbol
30 Noyabr , 2017 11:45
Keşlə klubu həbs olunan futbolçularla bağlı rəsmi məlumat yayıb

Bakı. 30 noyabr. REPORT.AZ/ “Keşlə” klubu danışılmış oyunlarda şübhəli bilindikləri üçün həbs olunan futbolçular Nizami Hacıyev və Mirhüseyn Seyidovla bağlı rəsmi məlumat yayıb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, klubun saytında yerləşdirilmiş bəyanatda sözügdən futbolçuların müqaviləsinə 4 gün öncə xitam verildiyi bildirilir. Onların son 5-6 matça danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələri olduğu üçün bu addımın atıldığı vurğulanıb: “Keşlə Peşəkar Futbol Klubunun rəhbərliyi bildirir ki, əsas komandanın futbolçuları - Nizami Hacıyev və Mirhüseyn Seyidov Premyer Liqadakı son 5-6 matçda danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olmasına görə 4 gün öncə onlarla imzalanmış müqaviləyə rəsmən xitam verilib”. 

Son xəbərlər

Orphus sistemi