"Keşlə" klubu 2 yeni futbolçu transfer edib - RƏSMİ

"Keşlə" klubu 2 yeni futbolçu transfer edib - RƏSMİ Daha 2 oyunçu ilə yeni müqavilə bağlanılıb
Futbol
11 İyul , 2018 10:53
Keşlə klubu 2 yeni futbolçu transfer edib - RƏSMİ

Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Keşlə” klubu daha iki futbolçunu heyətinə cəlb edib.

Klubdan “Report”a verilən məlumata görə, paytaxt təmsilçisi serbiyalı yarımmüdafiəçi Miloş Bosançiç və özbəkistanlı hücumçu Bahodir Nəsimovla münasibətləri rəsmiləşdirib. Hər iki legioner 1 illik sözləşməyə imza atıb.

Bundan başqa, paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli və hücumçu Əlibəy Məmmədlinin müqaviləsinin müddəti uzadılıb. Onlar daha bir il “Keşlə”nin formasını geyinəcəklər. 

Son xəbərlər

Orphus sistemi