Bakı. 11 yanvar. REPORT.AZ/ "Keşlə" klubu Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin xidmətindən məhrum olub.
"Report" xəbər verir ki, paytaxt klubu ilə mövsümün sonuna qədər müqavilə bağlayan təcrübəli qolkiper ötən gün məşq vaxtı zədələnib.
Bu səbəbdən Ağayev hazırda "Qaradağ Lökbatan"la yoxlama görüşündə iştirak etmir. Lakin onun zədəsinin ciddi olmadığı bildirilir.