"Keşlə" daha iki futbolçu ilə müqavilə bağlayıb

"Keşlə" daha iki futbolçu ilə müqavilə bağlayıb Keşlə yay fasiləsində daha iki futbolçunun keçidini rəsmiləşdirib.
Futbol
8 İyul , 2019 17:32
Keşlə daha iki futbolçu ilə müqavilə bağlayıb

"Keşlə" yay fasiləsində daha iki futbolçunun keçidini rəsmiləşdirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi cinah müdafiəçiləri - İlkin QırtımovEmin Mehdiyevlə anlaşıb. Hər iki futbolçu ilə bağlanmış müqavilənin müddəti 1 ili əhatə edir.

Qeyd edək ki, "Keşlə" bunadək Rəşad Əzizli, Ruslan Qurbanov, Franko Flores, Ziya Əzizov və Stanislav Namaşko ilə müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi