Yuxarı

"Keşlə" klubu intizamsız davranışına görə futbolçusu ilə yollarını ayırır

"Keşlə" daha bir legionerini göndərir

Bakı. 28 yanvar. REPORT.AZ/ "Keşlə" klubu daha bir futbolçusu ilə yollarını ayırmağı qərara alıb.

Bu barədə "Report"a komandanın baş məşqçisi Tərlan Əhmədov məlumat verib. 48 yaşlı mütəxəssisin sözlərinə görə Diallo Quydileyenin paytaxt təmsilçisindən göndərilməsi planlaşdırılır. 

O, mavritaniyalı yarımmüdafiəçinin intizamsız davranışlarını səbəb göstərib. Əhmədov bildirib ki, Diallo məşqlərə gecikdiyi üçün bir neçə dəfə cəzalandırılsa da, bundan dərs çıxarmayıb. Nəticədə onun komandadan göndərilməsi məqsədəuyğun sayılıb.

Əvəzində vaxtı ilə "Azal"da T.Əhmədovun rəhbərliyi altında çıxış edən ukraynalı Valeri Kutsenkonun komandaya cəlb olunması qərara alınıb. 

Qeyd edək ki, "Keşlə" daha öncə Bahodir Nasimov, Ebrima Sohna, Herve Tçami, Georgios Georgiadis, Elnur Cəfərov, Məmməd QuliyevOrxan Sadıqlı kimi futbolçularla yollarını ayırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi