"Keşlə" Azərbaycan millisinin sabiq futbolçusunu heyətinə qatıb

"Keşlə" Azərbaycan millisinin sabiq futbolçusunu heyətinə qatıb Bakı. 30 avqust. REPORT.AZ/ 2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Keşlə” klubu daha bir futbolçunun transferini gerçəkləşdirib.
Futbol
30 Avqust , 2018 17:13
Keşlə Azərbaycan millisinin sabiq futbolçusunu heyətinə qatıb

Bakı. 30 avqust. REPORT.AZ/ 2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Keşlə” klubu daha bir futbolçunun transferini gerçəkləşdirib.

Klubun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, paytaxt təmsilçisi Azərbaycan millisinin sabiq üzvü Ruslan Əmircanovu heyətinə qatıb. 33 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Ruslan Əmircanov son olaraq "Səbail"də çıxış edib. O, 2012 - 2014 və 2015-2016-cı illərdə də "Keşlə"nin formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi