"Keşlə" Azərbaycan millisinin hücumçusu ilə müqavilə bağlayıb

"Keşlə" Azərbaycan millisinin hücumçusu ilə müqavilə bağlayıb Amil Yunanov Premyer Liqanın azərbaycanlı bombardiri olub
Futbol
14 İyun , 2018 12:38
Keşlə Azərbaycan millisinin hücumçusu ilə müqavilə bağlayıb
"Report"
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ "Keşlə" klubu daha bir futbolçunu heyətinə qatıb.

"Report" xəbər verir ki, paytaxt təmsilçisi "Sumqayıt"dan ayrılan Amil Yunanovla güclənib. 26 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Amil Yunanov son mövsümdə Azərbaycan Premyer Liqasında 10 qol vurub və bombardirlik yarışında yalnız 13 dəfə fərqlənən “Qəbələ”nin forvardı Baqali Dabodan geri qalıb. Milli komandanın üzvü karyerası ərzində “Qəbələ” və “Rəvan”da da çıxış edib. 

“Keşlə” yay fasiləsində 9 futbolçu - Tərlan Quliyev, Cabir Əmirli, Andre Klennon, Murad Qayalı, Denis Silva Kruz, Adrian Skarlatake, Sərtan Taşkın, Fuad Bayramov və Slavik Alxasovla müqaviləni yeniləyib. “Sumqayıt”dan ayrılan Azər Salahlını heyətinə qatan paytaxt klubu Pablo Podio, Qara Qarayev və Məqsəd İsayevlə yollarını ayırıb.

Son xəbərlər

Orphus sistemi