"Keşlə" "Arsenal"a məğlub olub

"Keşlə" "Arsenal"a məğlub olub Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Keşlə futbol komandası növbəti yoxlama matçını keçirib.
Futbol
22 Yanvar , 2020 19:42
Keşlə Arsenala məğlub olub

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə" futbol komandası növbəti yoxlama matçını keçirib.

"Report"un məlumatına görə, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv Rusiya təmsilçisi "Arsenal"(Tula) ilə üz-üzə gəlib. Qarşılaşma Tula klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Keşlə"nin qolunu yeni transferi Aleksandr Kristovao vurub.

Qeyd edək ki, komanda daha öncə Almaniyanın III Bundesliqa təmsilçisi "Zvikau"ya 1:4 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi